featured-image-80839

Almaniya 2038 və ya 2042-ci ildə keçiriləcək dünya çempionatlarına ev sahibliyi etmək niyyətindədir.

Msport.az xəbər verir ki, “Ayntraxt” klubunun baş direktoru və Almaniya Futbol İttifaqının (DFB) idarə heyətinin üzvü Aksel Helmann ölkəsinin mundialı keçirmək üçün əsas namizədlərdən biri olduğunu bildirib.

“Biz turnirə ev sahibliyi etməkdən məmnun olarıq. Həm DFB-nin, həm də federasiyanın prezidenti Noyendorfun 2042-ci il dünya çempionatına müraciət etmək istəyi var, hətta 2038-ci il variantı da mümkündür. Hər şey FIFA-nın qaydalarından asılıdır. Almaniyada bunun üçün bütün imkanlar var – stadionlar, nəqliyyat və otel infrastrukturu mövcuddur. Hər oyunda tribunalar dolu olacaq. Bu, uğurlu turnir olar”, – deyə Helmann bildirib.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Həmçinin Uruqvay, Argentina və Paraqvayda da ayrı-ayrı oyunlar təşkil olunacaq. 2034-cü il mundialına isə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.

Bənzər xəbərlər