featured-image-7241

“Borussiya Dortmund” və Almaniya millisinin üzvü Niklas Züle ünvanına yönəlmiş tənqidlərə cavab verib. Msport.az “Bild”ə istinadən xəbər verir ki, müdafiəçi pivə içməyi sevdiyini deyib:

“Əgər mən tənbəl olsaydım, bu cür ağır zədədən sonra Çempionlar Liqasının finalına hazırlaşmazdım. Bunu müzakirə edən insanlar səmimi qəlbdən hamburger yeməyi və pivə içməyi sevdiyi etiraf edən Züleni görürlər? Siz elə bilirsiniz ki, digər peşəkar idmançılar bundan yemirlər? Onlar sadəcə bu haqda danışmırlar”.

Xatırladaq ki, 2021-2022 mövsümünün sonunda “Bayern Münhen”i tərk edən futbolçu “Borussiya”ya qoşulub.

Bənzər xəbərlər