Alvares Messinin rekordunu qırdı
“Atletiko”nun hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında tarixi nailiyyət əldə edib.
Msport.az xəbər verir ki, “Arsenal” ilə matçda penaltidən vurduğu qol argentinalı üçün turnirdə 25-ci olub.
Bu rəqəmə çatmaq üçün Alvaresə 41 oyun kifayət edib ki, bu da Cənubi Amerikalı futbolçular arasında ən yaxşı göstəricidir.
Beləliklə, forvard Çempionlar Liqasında 25 qol vurmaq üçün 42 oyuna ehtiyac duyan Lionel Messinin nəticəsini geridə qoyub.







