Amorim "Milan"ın baş məşqçisi oldu - RƏSMİ
Ruben Amorim “Milan”ın baş məşqçisi təyin olunub.
Msport.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Klubun yaydığı açıqlamada portuqaliyalı mütəxəssisin işinin yüksək qiymətləndirildiyi bildirilir:
“Biz illərdir ki, Rubeni izləyirdik. Onun “Sportinq”dəki işi bizdə böyük təəssürat yaratmaqla yanaşı, axtardığımız oyun üslubunu da əks etdirir. O, yeni Avropa nəslinin ən hazırlıqlı və yenilikçi məşqçilərindən biridir. Topa nəzarətdə dominantlıq, müasir pressinq sistemi və aydın taktiki yanaşma ilə fərqlənən müasir futbol üslubuna malik gənc, iddialı mütəxəssisdir”.
Amorim bu il yanvarın 6-da “Mançester Yunayted”i tərk etmişdi. Onun İngiltərə klubundakı fəaliyyəti uğurlu alınmamışdı.







