featured-image-81470

Macarıstan çempionatında 4-cü turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” səfərdə “Nyiregyhaza” klubunun qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

57-ci dəqiqədə meydana daxil olan Nuriyev komandasının yeganə qolunu vurub. O, 82-ci dəqiqədə fərqlənib.

15 avqust

“Nyiregyhaza” – “Kişvarda” – 2:1

Qollar: J.Batoum, 45, M.Kvasina, 90+1 – A.Nuriyev, 82

Qeyd edək ki, bu nəticədən sonra “Kişvarda” 4 xalla 8-ci pillədə yer alıb.

Bənzər xəbərlər