featured-image-78027

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 41 yaşlı Tyaqo Silvanı dünya çempionatına aparacağını təsdiqləyib.

Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi hazırda “Portu”da çıxış edir. Onun iyunun sonuna qədər müqaviləsi var.

“Bəli, Tyaqo Silva bizim planlarımıza daxildir. O, çox yaxşı çıxış edir, Portuqaliya çempionu oldu və0 fiziki formadadır. Komandada liderlərin olması vacibdir. Xoşbəxtlikdən hazırki heyətdə hörmətə layiq liderlər var. Alison, Kazemiro, Markinyos. Rafinya kimi futbolçular komanda yoldaşlarına yaxşı nümunə olurlar. Bu baxımdan milli etibarlı əllərdədir” – Ançelotti belə deyib.

Braziliya yığması DÇ-2026-da C qrupunda Mərakeş, Haiti və Şotlandiya komandaları ilə mübarizə aparacaq.

Bənzər xəbərlər