Ançelotti Braziliya millisi ilə müqaviləni yenilədi
İtaliyalı məşqçi Karlo Ançelotti Braziliya millisi ilə müqaviləsinin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssislə yeni sözləşməsi 2030-cu ilə qədər uzadılıb.
Qeyd edək ki, Ançelottinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər olub.







