Ançelotti heyəti açıqladı -Neymar kənarda qaldı
Braziliya milli komandasının yeni baş məşqçisi Karlo Ançelotti yığmanın qarşıdakı oyunlar üçün heyətini açıqlayıb. Msport.az xəbər verir ki, sambaçılar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iyunun 6-da səfərdə Ekvador, iyunun 11-də isə evdə Paraqvayla qarşılaşacaq.
Zədədən yeni qayıdan Neymar milliyə dəvət olunmayıb.
Rodriqo, Joelinton, Ederson və Militao isə zədəli olduqları üçün yığmadan kənarda qalıblar.n
Qapıçılar: Alison, Bento, Souza.
Müdafiəçilər: Aleşandro, Beraldo, Markinyos, Leo Ortis, Danilo, Aleks Sandro, Karlos Auqusto, Uesli, Vanderson.
Yarımmüdafiəçilər: Andreas Pereyra, Bruno Qimarayns, Andrey Santos, Kazemiro, Ederson, Jerson.
Hücumçular: Estevao, Antoni, Martinelli, Kunya, Vinisius Junior, Rafinya, Rişarlison.