featured-image-2716

Karlo Ançelotti məşqçi kimi indiyədək “Manşester Siti” ilə 9 dəfə qarşılaşıb.

Msport.az “Transfermarkt” saytına istinadən xəbər verir ki, “Real”ın hazırkı çalışdırıcısının rəhbərik etdiyi komandalar bu oyunlardan 8-də məğlub olub. İtaliyalı mütəxəssis “Çelsi”nin baş məşqçisi kimi “Siti”yə qarşı Premyer Liqada keçirdiyi 4 oyundan 3-də uduzub, 1-də isə qələbə qazanıb.

Ançelottinin “Everton”un baş məşqçisi kimi də  “Siti”yə qarşı Premyer Liqada duelləri yaxşı alınmayıb– 4 oyun, 4 məğlubiyyət. O, “Real”ın baş məşqçi kimi də “Siti”ylə oyunda uğur qazana bilməyib. Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə “Mançester Siti” öz meydanında 4:3 hesabı ilə qələbə qazanıb. 8 məğlubiyyətdən 5-də “Siti”nin baş məşqçisi Xosep Qvardiola olub.

Bu gün həmin komandalar yarımfinalın cavab oyununda Madriddə üzə-üzə gələcəklər. Bu, Ançelottinin “Mançester Siti”yə qarşı 10-cü oyunu olacaq.

Bənzər xəbərlər