featured-image-1327
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis buna turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmaqla nail olub.
İtaliyalı məşqçi ardıcıl 4 onillikdə bunu bacaran ilk baş məşqçi kimi tarixə düşüb. Təcrübəli mütəxəssis 1999-cu ildə İtaliyanın “Yuventus”, 2003, 2005, 2006, 2007-ci illərdə “Milan” klublarıyla, 2014 və 2015-ci illərdə isə “Real”la yarımfinala yüksəlib.
O, qitənin əsas klub turnirində 8-ci dəfə bu mərhələyə vəsiqə qazanmaqla Xosep Qvardiola və Joze Mourinyonun rekordunu da təkrarlayıb.
“Real” 1/4 finalda “Çelsi”ni iki oyunun nəticəsinə (3:1, 2:3) əsasən mübarizədən kənarlaşdırıb.

Bənzər xəbərlər