featured-image-38350

“Qarabağ”ın qapıçısı Andrey Lunyov yenidən Almaniya Bundesliqasına qayıda bilər.

Msport.az xəbər verir ki, bu barədə rusiyalı qolkiperim agenti Anton Smirnov “Legalbet” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, Lunyovun sabiq klubu olan “Bayer”in idman direktoru Simon Rolfes tez-tez qapıçı haqqında soruşur: “Leverkuzendə Lunyovu unutmurlar. Rolfesə Andreyin seyvlərindən seçmələr göndərdim.

Lunyovun Bundesliqaya qayıtmaq şansı varmı? Bütün təkliflər kluba təqdim edilməlidir. Çünki onun “Qarabağ”la müqaviləsi var. İndi hansısa təkliflərdən danışmaq düzgün deyil. Bütün fikirlər yalnız “Qarabağ”la bağlıdır”.

Qeyd edək ki, “Qarabağ” Andrey Lunyovla 1+1 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər