featured-image-39719

“Andrey Lunyov tezliklə sıraya dönəcək”.

Msport.az xəbər verir ki, bunu Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov Sport.ru nəşrinə açıqlamasında “Qarabağ”ın qapıçısı haqqında danışarkən deyib.

Mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda “Bayer”lə oyunda zədələnən 32 yaşlı qolkiperin Azərbaycan təmsilçisinin heyətində çox yaxşı oynadığını söyləyib.

Kafanov oyunçunun bütün qələbələrdə böyük rol oynadığını vurğulayıb.

Qeyd edək ki, Bakıdakı görüş “köhlən atlar”ın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçı sona qədər davam etdirə bilməyən Lunyovu 85-ci dəqiqədə Luka Quqeşaşvili əvəzləyib.

Bənzər xəbərlər