Antonio Konte azarkeşlərə müraciət etdi
İngiltərənin “Tottenhem” komandasının baş məşqçisi Antonio Konte azarkeşlərə müraciət edib.
Msport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə görə bu addımı atıb:
“Saxta xəbərlərə qulaq asmayın. Komandaya problem yaratmaq istəyənlər var. Qarşıda bizi beş oyun gözləyir, mövsümün sonunda klubla danışacam. Biz ən yaxşı qərarı verəcəyik”.
Kontenin London klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Onun Fransanın PSJ komandasına keçəcəyi iddia olunur.