featured-image-3415

“Mançester Siti”nin ev oyunlarını keçirdiyi “Etihad Stadionu”nun qarşısında Serxio Aqueronun heykəli inşa olunub.

Msport.az xəbər verir ki, bu, “şəhərlilər”in 2012-ci ildə qazandığı İngiltərə çempionluğunun 10 illik yubileyinə ithaf olunub. Amma heykəl azarkeşlər tərəfindən heç də birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçilərinin çoxu bunun Aqueroya oxşamadığını yazıblar.

Qeyd edək ki, “Mançester Siti” 2012-ci ilin mayın 12-də Premyer Liqanın son turunun QPR-lə oyununun 93.20-ci dəqiqəsində argentinalı hücumçunun vurduğu qolla 44 illik fasilədən sonra ölkə çempionu olmuşdu.

Bənzər xəbərlər