"Araz-Naxçıvan" Burundidən hücumçu gətirdi - RƏSMİ
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Msport.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçi olduğu komanda burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə 1 illik müqavilə imzalanıb.
O, müxtəlif illərdə “Vital O”, “Kiqali”, “Al-Faisaly”, “Muktijoddha”, “Əl-Naft”, “Kuçinq”, “Əl Əttihad”, PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın “Persijap” komandasında keçirib.
Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub. Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.







