"Araz-Naxçıvan" I Liqanın liderini məğlub edə bilmədi
Milli komandaların oyunları yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama matçı keçirib.
Msport.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv Birinci Liqanın lideri “Şəfa” ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
“Qırmızı-ağların” heyətində yeganə qolu Bəxtiyar Həsənalızadə vurub.
Birinci hissə: Tərlan Əhmədli, İssouf Paro, Vanderson Melo, Bruno Franko, Elçin Mustafayev, Qara Qarayev, Patrik Andrade, Mustafa Əhmədzədə, Nuno Rodriques, Ülvü İsgəndərov, Hamidu Keyta
İkinci hissə: Tərlan Əhmədli, Ömər Buludov, Bəxtiyar Həsənalızadə, İssouf Paro, Slavik Alxasov, Coşqun Diniyev, Mustafa Əhmədzadə, Çarles Boli, Felipe Santos, Bar Kohen, B. Chance Simakala