featured-image-65567

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək klubların 20 potensial rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, komandalarımız yarışa II təsnifat mərhələsindən qoşulacaq.

Onlardan biri “Araz-Naxçıvan” olacaqsa, ona ya “Zirə”, ya da “Turan Tovuz” qoşulacaq. Püşk zamanı təmsilçilərimizə bu komandalar mümkün rəqib olacaqlar:

“Alkmaar” (Niderland), “Sparta” (Çexiya), “Başakşəhər” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa Klara” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Maribor” (Sloveniya), AEK (Yunanıstan), “Ballkani” (Kosovo), “Dunayska Streda” (Slovakiya), “Rakuv” (Polşa), “Vikinq” (Norveç), “Rusenborq” (Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts” (Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya).

Həmçinin Belçika çempionatının 5-cisi, Xorvatiya çempionatının 2-cisi və Avstriya çempionatının 5-cisi də təmsilçilərimizin mümkün rəqibləri olacaqlar.

Bundan başqa, “Puşkaş Akademiyası” (Macarıstan), “Universitatya Krayova” (Rumıniya), “HB Torshavn” (Farer adaları), “Sarayevo” (Bosniya və Herseqovina) və “Aris”in (Kipr) püşkdə hansı səbətdə qərarlaşacağı hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 17-də, II təsnifat mərhələsinin püşkü isə 18-də atılacaq.

Bənzər xəbərlər