featured-image-71695

Azərbaycan Premyer Liqasının XI turunda Sumqayıtda “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki planları bəlli olub.

Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev yevlaxlılarla matçın ardından futbolçuların 3 gün istirahət etməsinə şərait yaradıb.

“Qırmızı-ağlar” dünəndən Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqlərə başlayıblar. Millilərin düşərgələrində olan futbolçulardan başqa, zədəli Rahil Məmmədov və “Karvan-Yevlax”la oyunda xəsarət alan Şarl Boli də ilk məşqə qatılmayıb.

“Araz-Naxçıvan” fasilə dönəmində yoxlama oyunu keçirmək niyyətində deyil.

Bənzər xəbərlər