featured-image-70904

Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi” ilə matçda (2:2) zədələnən “Araz-Naxçıvan”ın futbolçuları Bəxtiyar Həsənalızadə və Slavik Alxasovun son durumu bəlli olub.

Msport.az xəbər verir ki, MRT yoxlanışından sonra Həsənalızadənin zədəsinin ciddi olmadığı aydınlaşıb.

Alxasovun isə ayağında şiş əmələ gəldiyi bildirilib. Müdafiəçinin növbəti oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, “Araz-Naxçıvan” IX turda “Sabah”la üz-üzə gələcək.

Bənzər xəbərlər