"Araz Naxçıvan" yoxlama oyunu keçirəcək
“Araz Naxçıvan” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövründə yoxlama oyunu keçirəcək.
Msport.az xəbərverir ki, “İmişli” ilə oyundan sonra istirahət edən Elmar Baxşıyevin komandası məşqlərini bu gün bərpa edəcək. “Araz Naxçıvan” oktyabrın 10-da Birinci Liqanın lideri “Şəfa” ilə yoxlama oyunu keçirəcək.
Saat 15:00-da start götürəcək matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.