Arda Güler zədələndi - Dünya çempionatına gedə biləcəkmi?
Türkiyə millisinin və “Real”ın üzvü Arda Güler zədə alıb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi İspaniya La Liqasının 33-cü turunda “Alaves”lə matçda (2:1) sıradan çıxıb.
İspaniya mətbuatının yazdığına görə, 21 yaşlı futbolçu cari mövsümdə artıq meydana çıxa bilməyəcək.
Həkimlər Ardanın DÇ-2026-da çxıış etməsı üçün xüsusi olaraq çalışacaqlar. Yarımmüdafiəçinin 3-4 həftə müalicə alması gözlənilir.







