Ardıcıl 4-cü çempionluq
Slovakiya çempionatında mövsümün qalibi məlum olub.
Msport.az xəbər verir ki, “Slovan” pley-off mərhələsinin 6-cı turunda “Rujembork”la heç-heçə edərək xalını 67-yə yüksəldib.
Bununla da, Bratislava təmsilçisi ən yaxın izləyicisi “Rujembork”la xal fərqini 14-ə yüksəldib və yarışın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
Beləliklə, “Slovan” ardıcıl 4-cü, ümumilikdə isə 24-cü dəfə ölkə çempionu olub. Komanda növbəti mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək