featured-image-80893

FIFA Argentina Futbol Assosiasiyasına (AFA) qarşı 2026-cı il dünya çempionatı İngiltərə ilə yarımfinal matçında (2:1) Folklend adalarının təsvir olunduğu banner və bir sıra digər məsələlərlə bağlı rəsmi olaraq araşdırma başladıb.

Msport.az xəbər verir ki, gündəmdəki məsələlərə idman tədbirindən qeyri-idman nümayişləri üçün istifadə, komanda davranışı, ayrı-seçkilik və irqçi təhqirlər daxildir.

Yarımfinal matçından sonra Argentina oyunçuları meydana “Malvin adaları Argentinadır” yazılı banner çıxarıblar.

2026-cı il dünya çempionatı11 iyun – 19 iyul tarixlərində üç ölkədə – ABŞ, Kanada və Meksikada keçirilib. İspaniya dünya çempionu olub. İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentina ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, lakin əlavə vaxtda Avropa komandası qələbə qolunu vurub (1:0).

Bənzər xəbərlər