Argentina millisinin müdafiəçisi “Bayer”də - RƏSMİ
Argentina milliisinin və “Marsel”in üzvü Fakundo Medina “Bayer”ə keçib.
Msport.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Medina 2025-ci ilin yayından “Marsel”də çıxış edirdi. O, 2025/2026 mövsümündə 26 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Medina Argentina millisinin heyətində 14 oyun keçirib. O, DÇ-2026-da 5 görüşdə meydana çıxıb.







