Argentina millisinin üzvü DÇ-2026-dan kənarda qala bilər
Argentina millisinin və “Komo”nun yarımmüdafiəçisi Niko Pas dünya çempionatında oynamaya bilər.
Msport.az xəbər verir ki, onun İtaliya A seriyasının 36-cı turunda “Verona” ilə oyunda (1:0) aldığı zədə gözlənildiyindən daha ciddi olub.
Bu səbəbdən Pas uzun müddət yaşıl meydanlardan kənarda qala bilər. Onun əvəzinə isə “Aston Villa”nın futbolçusu Emiliano Buendiyanın yığmaya çağırılmaq ehtimalı var.
Qeyd edək ki, Niko Pas Argentina millisinin əsas heyət oyunçusu hesab olunur.







