featured-image-14558

“Roma”nın hücumçusu Paulo Dibala İtaliya çempionatının 9-cu turu çərçivəsində keçirilən “Leççe” ilə oyunda (2:1) ağır zədə alıb.

Msport.az xəbər verir ki,  argentinalı futbolçu qol vurduqdan iki dəqiqə sonra əvəzlənib.

Paytaxt klubunun baş məşqçisi Joze Mourinyonun sözlərinə görə, böyük ehtimalla zədə ciddidir: “Çox ciddi zədəyə oxşayır. Düzünü desəm, Paulo ilə söhbətdən sonra mən deyərdim ki, hər şey çox pisdir… Mən fikirləşiriəm ki, hər şey çox pisdir”.

Maraqlıdır ki, Dibala penalti zərbəsini yerinə yetirərkən zədə alıb. O, qapıya yol tapdıqdan sonra ombasını tuutub yıxılıb. Bir neçə dəqiqədən sonra Dibalanın əvəzinə Nemanya Matiç meydana daxil olub”.

Argentina millisinin üzvünün dünya çempionatını buraxmaq ehtimalı var. Hər şey MRT müayinəsindən sonra dəqiq bilinəcək.

Bənzər xəbərlər