featured-image-51564

Argentina millisinin futbolçusu Tyaqo Almada Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları ərəfəsində qarət olunub.

Msport.az BFMTV-yə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin əşyaları Mərakeş seçməsinə uduzduqları (1:2) qrup matçında paltardəyişmə otağında oğurlanıb.

Oyunçuya 50 min avro məbləğində ziyan dəydiyi bildirilib.

Qeyd edək ki, komandalar arasında görüş 61-ci dəqiqədə dayandırılıb. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydana qaçaraq rəqib futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatdırılıb. Argentinanın ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Bənzər xəbərlər