Arne Slotun antirekordu
İngiltərə Premyer Liqasının 7-ci turunda “Liverpul” “Çelsi”yə 1:2 hesabı ilə uduzub.
Msport.az xəbər verir ki, bu, Merssisayd klubunun baş məşqçisi Arne Slotun ardıcıl 3-cü məğlubiyyəti olub.
Slot “Liverpul”a qədər Niderlandın “Alkmaar” və “Feyenoord” klublarına rəhbərlik edib.
O, əvvəlki komandalarında heç vaxt ardıcıl 3 oyunda uduzmayıb.
“Liverpul” növbəti turda evdə “Mançester Yunayted”i qəbul edəcək.