featured-image-72932

“Möhtəşəm oyun idi”.

Msport.az xəbər verir ki, bunu “Sabah”ın futbolçusu Aron Maluda deyib.

O, “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın I turundan təxirə salınmış qarşılaşma haqqında fikirlərini bölüşüb: “Matçın sonlarında qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Çox çətin oyun oldu. Amma biz komanda olaraq birlikdə idik və hazırda qalibiyyətə görə çox sevinirik”

Maluda azarkeşlərə də müraciət edib: “Onlar möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Fanatlara ehtiyacımız var. Ümid edirəm ki, hər matçda bu cür bizi dəstəkləyəcəklər. Çünki qarşımızda böyük məqsədlərimiz var”.

Bənzər xəbərlər