“Arsenal”da ciddi itki
“Arsenal”ın müdafiəçisi Ben Uayt zədələnib.
Msport.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 36-cı turunda “Vest Hem”lə matçda dizindən zədə alıb.
Bu səbəbdən futbolçu mövsümün sonuna kimi meydana çıxa bilməyəcək.
Hazırda London klubunun tibbi personalı Ben Uaytın müalicə və bərpası üçün çalışır. O, yeni mövsümə hazırlığa qoşula bilər.







