featured-image-2203

“Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd Elneni İngiltərə klubu ilə yeni müqavilə imzalamağa hazır olduğunu açıqlayıb.

Msport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu “Arsenal”ı sevdiyini bildirib:

“Klub desə ki, “sən bizə lazımsan”, mən qalmağa hazıram. Artıq altı ildir ki, “Arsenal” mənim ailəmdir. Mən bu klubu sevirəm”.

29 yaşlı Elneni 2016-cı ildən “Arsenal”da çıxış edir.

Misirli yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.

Elneni ilə “Arsenal” arasındakı müqavilə bu mövsümün sonunda başa çatır.

Bənzər xəbərlər