“Arsenal”dan baş məşqçisi ilə yeni müqavilə
İngiltərənin “Arsenal” klubu baş məşqçisi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb.
Msport.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub.
Arteta 2019-cu ildən London təmsilçisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İngiltərə Kubokunu və ölkə Super Kubokunu qazanıb.