featured-image-80648

“Arsenal” yarımmüdafiəçisi Martin Edeqorun transfer qiymətini müəyyənləşdirib.

Msport.az xəbər verir ki, London təmsilçisi 27 yaşlı norveçli üçün təxminən 90 milyon avro tələb edir.

2021-ci ilin avqustundan İngiltərə komandasında çıxış edən futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 36 oyunda 1 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb. “Transfermarkt” onun dəyərini 70 milyon avro qiymətləndirir.

Bənzər xəbərlər