featured-image-4930

İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksandr Lakazettlə yollarını ayırıb.

Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.

Fransalı oyunçu komandanı azad agent kimi tərk edəcək.

Lakazett 2017-ci ildən “topçular”ın formasını geyinirdi. O, meydanda çıxdığı 206 matçda 71 qola imza atıb.

Bənzər xəbərlər