“Arsenal” hücumçusunu göndərdi
“Arsenal”ın hücumçusu Ris Nelson komandadan ayrılıb.
Msport.az xəbər verir ki, tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.
“Arsenal”ın yetirməsi olan 26 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. Anlaşmada müqavilənin müddətini 2028-ci ilə qədər uzatmaq imkanı da yer alırdı.
Qeyd edək ki, Nelson 2007-ci ildən “Arsenal”ın sistemində idi. O, London təmsilçisi ilə İngiltərə Kubokunu və iki dəfə İngiltərə Superkubokunu qazanıb.







