featured-image-70396

“Arsenal”ın və Norveç millisinin kapitanı Martin Edeqor Premyer Liqada “Vest Hem”lə matçda zədə alıb.

Msport.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçiyə sol dizinin yan bağının zədələnməsi diaqnozu qoyulub. Onun dəqiq sağalma vaxtı məlum deyil. Edeqor millinin oktyabrdakı oyunlarını mütləq buraxacaq. O, müayinə və müalicə üçün Londonda qalacaq.

Bu mövsüm norveçli bütün yarışlarda 7 oyun keçirib və iki məhsuldar ötürmə edib.

Bənzər xəbərlər