featured-image-7323

“Arsenal” “Mançester Siti”nin sabiq hücumçusu Qabriel Jezusun transferini rəsmən açıqlayıb.

Msport.az xəbər verir ki, braziliyalı futbolçu London klubuna 45 milyon funta başa gəlib. Forvard yeni komandasında Aleksandr Lyakazetin getməsindən sonra boş qalan 9 nömrəli formanı götürüb.

Jezusun “şəhərlilər”lə müqaviləsi 2023-cü ilin yayında başa çatırdı. Braziliya millisinin üzvü “Mançester Siti”nin heyətində 5,5 il çıxış edib.

 

Bənzər xəbərlər