"Arteta böyük ulduzları idarə edə bilmir" - Obameyanq
“Arsenal”ın sabiq futbolçusu Pyer-Emerik Obameyanq London klubunun baş məşqçisi Mikel Artetanı tənqid edib.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda “Çelsi”nin şərəfini qoruyan qabonlu hücumçunun fikirləri belə olub:
“O, dominant xarakterli futbolçuları və böyük ulduzları idarə edə bilmir. Artetaya onun hər dediyini dinləyən və heç bir fikir bildirməyən gənc ulduzlar lazımdır”.
Xatırladaq ki, Obameyanq 2018-2022-ci illərdə “Arsenal”da çıxış edib. 33 yaşlı futbolçu ötən mövsümü “Barselona”da keçirdikdən sonra cari çempionatın əvvəlində “Çelsi”yə keçdi.







