featured-image-77838

Londonun “Arsenal” klubu baş məşqçi Mikel Artetaya bu yay yeni müqavilə təklif etmək niyyətindədir.

İdman.Biz bildirir ki, qərar komandanın bu mövsümdəki yekun nəticələrindən asılı olmayaraq, mart ayında verilib.
Arteta hazırda kuboklar uğrunda mübarizə aparır və klubun layihəsinə maraq göstərdiyini bildirib, danışıqları gözləyir.

Bu barədə jurnalist və insayder Fabrizio Romano sosial mediada məlumat verib.

5 mayda “Arsenal” UEFA Çempionlar Liqasının yarımfinalının ikinci oyununda “Atletiko Madrid”i məğlub edərək finala yüksəlib və burada PSJ ilə qarşılaşacaq.

Artetanın klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Premyer Liqadakı 35 oyundan sonra “Arsenal” 76 xalla turnir cədvəlində birinci yerdədir.

Bənzər xəbərlər