featured-image-877

Lionel Messi yayda PSJ-ni tərk edə bilər. Msport.az xəbər verir ki, AS bu haqda xəbər yayıb.

Amerikanın “İnter Mayami” klubu yaxın günlərdə argentinalı futbolçuya rəsmi təklif göndərəcək. Amma Devid Bekhemin sahibi olduğu klub başa düşür ki, Leonu razı salmaq asan olmayacaq.

Bekhem “Barselona”da çıxış etmiş 4 oyunçunu komandasında görmək istəyir. Messidən başqa, “Atletiko”nun hücumçusu Luis Suares, Serxio Buskets və Jordi Alva Mayami klubunun diqqət mərkəzindədir.

MLS-də mübarizə aparan “İnter Mayami”də Blez Matyuidi, Qonsalo İquain kimi tanınmış futbolçular çıxış edir.

Bənzər xəbərlər