featured-image-41190

“Doğru bilib, zəhmətlə yaşamağı seçənlər həyatdan mükafatı mütləq bir gün alarlar”.

Msport.az xəbər verir ki, bunu Qarabağ” klubunun baş meneceri Asif Əsgərov “tərəqqi” medalı alması ilə bağlı şəxsi sosial şəbəkə hesabında yazıb.

“Amma etdiyin xidmət, əmək ölkənin ən Ali Dəyərinin qayğısıyla mükafata çevrildikdə bunun qürurunu, şərəfini köksündə bir başqa daşıyırsan. Məni bu mükafata layiq görüb şərəfləndirən Cənab Prezidentimizə təşəkkür edirəm. Qürurla daşıyacağım bu mükafatı hansı sahədə oluramsa olum ölkəmə, dövlətimizə faydalı olmaq yolunda daha inamla, qətiyyətlə sevgiylə çalışmağa yol açdığını və bu etimadı doğrultmaq üçün ən yaxşı edəcəyimə söz verirəm”.

Bənzər xəbərlər