featured-image-70774

PSJ-nin cinah oyunçusu Li Kan İn “AFC Awards Riyadh 2025”in versiyasına görə Asiyada ilin ən yaxşı futbolçusu seçilib.

Msport.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası rəsmi saytında məlumat yayıb.

Ötən mövsüm cinah oyunçusu bütün turnirlərdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. O, 2458 dəqiqə meydanda olub. Paris klubu ilə Çempionlar Liqası, Fransa Liqası, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub.

Li Kan İn “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Park Ci Sundan sonra Çempionlar Liqasını qazanan ikinci koreyalı oyunçudur.

Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 25 milyon avrodur.

Bənzər xəbərlər