featured-image-81577

“Aston Villa” iki yeni transferini açıqlayıb.

Msport.az xəbər verir ki, Birmingem klubu italiyalı müdafiəçi Matteo Rudjeri və yaponiyalı qapıçı Dzion Sudzuki ilə müqavilə bağlayıb.

Rudjeri İngiltərə təmsilçisinə “Atletiko”dan keçib. 24 yaşlı futbolçu ötən mövsüm İspaniya La Liqasında 26 oyunda 3 məhsuldar ötürmə verib. O, 2025-ci ildən Madrid klubunda çıxış edirdi.

Sudzuki isə “Aston Villa”ya “Parma”dan gəlib. Yaponiyalı qolkiper ötən mövsüm 22 görüşdə qapını qoruyub.

 

Bənzər xəbərlər