"Aston Villa" İngiltərə millisinin üzvü ilə anlaşdı - RƏSMİ
“Aston Villa” “Vest Hem”dən müdafiəçi Aaron Van-Bissakanı icarəyə götürüb.
Msport.az xəbər verir ki, 28 yaşlı ingiltərəli futbolçu ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
O, ötən mövsüm 27 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə verib. Van-Bissaka İngiltərə millisinin heyətində DÇ-2026-da 4 oyunda forma geyinib.
Qeyd edək ki, müdafiəçi “Kristal Pelas” və “Mançester Yunayted” klublarında da çıxış edib.







