featured-image-70977

“Qarabağ” çox yaxşı mübarizə aparan komandadır.

Msport.az xəbər verir ki, bunu “Atletik”in futbolçusu Robert Navarro UEFA-nın saytına açıqlamasında deyib.

O, Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan komandasına qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: “Onlar tanınmayan liqada oynayırlar. Buna baxmayaraq, əla mübarizə aparan komandadır. Daha əvvəl “Benfika” və “Kopenhagen”i məğlub ediblər. Biz bu qarşılaşmada bir az əziyyət çəkdik. Amma üç xal qazandığımız üçün xoşbəxtik”.

Qeyd edək ki, görüş Bilbao təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər