featured-image-81444

“Atletiko” Argentina millisinin müdafiəçisi Kristian Romeronun transferini açıqlayıb.

Msport.az xəbər verir ki, 28 yaşlı futbolçu Madrid klubuna “Tottenhem”dən keçib.

Onunla müqavilənin müddəti 2031-ci ilin iyununa kimidir.

“Atletiko” 2022-ci ilin dünya çempionuna görə London klubuna 40 milyon avro ödəyəcək. Gələcəkdə futbolçu satılacaqsa, gəlirin 15 faizi “Tottenhem”in olacaq.

Romero 2022-ci ilin yayından “Tottenhem”in formasını geyinirdi. O, bu müddət ərzində 156 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər