featured-image-81140

“Atletiko”nun müdafiəçisi Nahuel Molina karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Msport.az xəbər verir ki, “Roma” argentinalı futbolçunun keçidini həll edib.

A Seriyası nəhəngi Molina üçün İspaniya klubuna 18 milyon avro təzminat ödəyəcək. 28 yaşlı sağ cinah müdafiəçisi “Roma” ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, “Atletiko” Nahuel Molinanı 2022-ci ilin yayında “Udineze”dən transfer edib. Argentina millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 119 rəsmi matçda 8 qol vurub.

Bənzər xəbərlər