Autsayder "Araz-Naxçıvan"dan xal aldı
Azərbaycan Premyer Liqasının XXXII turunda “Araz-Naxçıvan” səfərdə “Səbail”lə bərabərə qalıb.
Msport.az xəbər verir ki, “ASCO Arena”da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı qonaqlardan Ülvi İsgəndərov (30) açıb. Marko Nikoliç (76) isə paytaxt təmsilçisinin bərabərlik qolunu vurub.
54 xalı olan naxçıvanlılar turnir cədvəlində üçüncü sırada qərarlaşıblar. “Dənizçilər” 21 xalla sonuncu – onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” evdə “Şamaxı” ilə heç-heçə edib – 1:1. “Zirə” isə səfərdə “Kəpəz”ə qalib gəlib – 1:0.