Autsayder "Araz-Naxçıvan"ı büdrətdi
Azərbaycan Premyer Liqasında XXIV tur davam edir.
Msport.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçirilib.
Günün ilk matçında “Araz-Naxçıvan” “Səbail”i qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bununla ikinci pillədəki “Araz-Naxçıvan” xallarının sayını 45-ə, sonuncu sıradakı “Səbail” isə 18-ə çatdırıb.
Qeyd edək ki, tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.