featured-image-1703

Futbol üzrə İtaliya A Seriyasında 19-cu turdan təxirə salınmış bir oyun keçirilib.

Msport.az xəbər verir ki, günün yeganə matçında “Udineze” doğma meydanda “Salernitana” ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. Sonuncu pillədə qərarlaşan “Salernitana” səfərdən vacib qələbə ilə qayıdıb.

Bu qələbədən sonra xalını 22-yə çatdıran “Salernitana” 20 iştirakçı arasında 19-cudur. “Udineze” isə 39 xalla 12-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası
19-cu turun oyunu
20 aprel

Udineze – Salernitana 0:1
Qol: Verdi, 90+3.

Bənzər xəbərlər